İdman · Yeni Çağ

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal qazandı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal qazandı - Yeni Çağ xəbəri üçün şəkil

Parisdə keçirilən parataekvondo üzrə Qran-Pri yarışında ölkəmizi təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi olub.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Yenicag.az-a verilən məlumata görə, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb. Həlledici döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına yiyələnib.

Qeyd edək ki, ən reytinqli idmançıların qatıldığı Paris Qran-Prisində Azərbaycan milli komandası baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 3 parataekvondoçu — İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) ilə təmsil olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑