Mədəniyyət · Yeni Çağ

Nazpəri Dostəliyeva: “Başım fırlanıb, konsertdə 40 dərəcə qızdırma ilə oxumuşam” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nazpəri Dostəliyeva: “Başım fırlanıb, konsertdə 40 dərəcə qızdırma ilə oxumuşam” - Yeni Çağ xəbəri üçün şəkil

“39-40 dərəcə qızdırma ilə konsertdə oxumuşam”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “İncə səhər” verilişində deyib.

O, tamaşaçını hər halı ilə məmnun etməyi sənətkara borc hesab edir:

“39-40 dərəcə qızdırma ilə konsertdə oxumuşam. Təsəvvür edin, başım fırlanıb, amma səhnədə özümü elə toparlamışam ki, sanki heç nə olmayıb. Bu, sənətkar üçün çox vacibdir. Əgər sənət adamı xalq qarşısında məsuliyyətini başa düşürsə, tamaşaçılarda “heyf” hissəsi yaratmamalıdır. O, xalqa özünü necə sevdiribsə, elə də çıxış etməlidir. Bu, sənətkarın borcudur. İnsan xəstələnə də bilər, amma səhnə ondan məsuliyyət tələb edir. Xəstəliyi, yorğunluğu kənara atmalı, yalnız tamaşaçını düşünməlisən”.

Nehru

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑