Müəllim sinfə girəndə elə bilirik ki, qapıdan bir nəfər gəlir. Əslində, onunla birlikdə savadı, xarakteri, evdə yaşadığı qayğılar, dünyagörüşü, inandıqları vəinanmadıqları da onunla bərabər içəri daxil olur. Sözsüz ki, uşaqlar bunların hamısınıadlandıra bilməzlər. Amma hiss edirlər, alt şüurlarına yazarlar. Uşaqlar Bəzənmüəllimin bir baxışını, bir hərəkətini dediyi yüz cümlədən daha yaxşı yadda saxlayırlar. Elə buna görə də müəllimlik dərslə yanaşı, fərqində olmadan verdiyindərslərə də cavabdeh olmaqdır.
Biz cəmiyyət olaraq müəllimdən çox şey gözləyirik. O həm savadlı olsun, həmsəbirli olsun, həm ədalətli olsun, həm vicdanlı olsun. Nitqi ilə dilimizi, davranışı iləmünasibətlərimizi, geyimi ilə səliqəni və nizami öyrətsin. Əsəbiləşəndə belə sözünü seçsin, yorulanda belə qarşısındakı uşağın ümidini qırmasın. Öz həyatında cavabınıtapa bilmədiyi suallar varkən başqasının övladına yol göstərə bilsin. Etiraf edək ki, bu gözləntilər müəllimi yorur, və bəzən də incidir. Axı müəllim də insandır; onun da qayğısı, ağrısı, səbri tükənən günü var. Müəllimdən nümunə olmağı gözləyəncəmiyyət ona ləyaqətlə yaşamaq və rahat mühitdə işləmək imkanı yaratmaqməsuliyyətini də unutmamalıdır. Müəllimin vətəndaşlığını, insanlığını görmədənondan insan yetişdirməsini gözləmək ağılsızlıqdır!
Amma bu peşənin başqa peşələrdən fərqlənən bir məsuliyyəti də var: müəlliminqarşısında hələ özünü tanımağa çalışan insan oturur. Onun sözü həmin insanın yaddaşında illərlə qala bilər. Bəzən bir uşağın özünə inamı müəllimin adi hesab etdiyibir cümlə ilə ölür. Bəzən də bir cümlə ilə yenidən ayağa qalxır, dirçəlir, özünü tanıyır.
Müəllimə “insan mühəndisi” deyirik. Bu ifadənin ağırlığını isə həmişəduymuruq. Əyri qoyulmuş bir daş sonradan divarda da əyri görünür. Uşağın formalaşmasında yanlış qoyulmuş təməlin çatları bəzən illər sonra üzə çıxır vəbaşımıza yıxılır! Üstəlik, qarşımızdakı cansız material deyil: öz təbiəti, ailəsi, sualları, qorxuları olan bir insandır. Onu özümüzə bənzətmək həvəsi ilə yetişdirməkməsuliyyətini qarışdıranda səhvimiz də buradan başlayır. Əgər hər bir uşağın atası, anası kimi olmasını arzu etsə idik, onları məktəbə göndərməz, müəllimlərdən dərsalmağını istəməzdik. Biz uşaqlarımızı ona görə məktəbə, tanımadığımız insanların-müəllimlərin ümidinə buraxırıq ki, o bizə intellektual, mədəni, savadlı, ətrafı dərkedən, özünü tanıyan bir insan yetişdirsin. Əksi olanda isə əlbəttə ki, bu bizi narahatedir, müəllimə qarşı münasibətimizi dəyişir!
Buna görə müəllim dünyagörüşü sağlam olmalıdır. Oxumalı, düşünməli, hadisələrə münasibət bildirməyi bacarmalı, sahib olduğu milli və bəşəri dəyərləridorğu-düzgün və tərəfsiz çatdırmalı, dövlətin onun qarşısında qoyduğu tələblərə cavabverməlidir. Heç bir halda peşəkarlıq öz qənaətlərini nə qədər qəti söyləməsi iləölçülmür, yanlış düşünən, yanlış yolda olan uşağa necə yön verməsi görünür. Öz doğrularından şübhələnməyi bacarmayan adamın bir uşağa sual vermək cəsarətiaşılaması çətin məsələdir.
Sinifdə müxtəlif ailələrdən gələn övladlarımız oturur. Evində başqa cürdanışılan, başqa adətlərə əməl edilən, həyata başqa pəncərədən baxılan uşaqlar… Müəllim onların hamısına eyni yaxınlıqda dayanmağı bacarmalıdır. Heç bir uşaqmüəllimin rəğbətini qazanmaq üçün ona bənzəməli olduğunu düşünməməlidir. Axımüəllim “rol model”dir. Uşaqlar ondan dərs alır, ondan öyrənir.
Bunun üçün bəzən müəllim bir addım geri çəkilməyi bacarmalı, şəxsi həyatındaönə çıxardığı bir mənsubiyyəti, bir mübahisəni, bir mövqeyi dərsin mərkəzinəgətirməməlidir. Çünki müəllimin mövqeyi sinifdə adi bir şəxsi fikir kimi eşidilmir. Onu deyən, qiymət verən, yol göstərən, uşağın gözündə nüfuzu olan adamdır. Bunun üçün də bəzən uşaq razılaşmadığı fikrə etiraz etməyi də həmişə bacarmır; bəzənsadəcə susur.
Elə buna görə müəllimin sözündə də, davranışında da, zahiri görünüşündə dəpeşəsinin təmkinini görmək istəyirik. Onunla qarşılaşan uşaq ilk növbədə yanında rahat sual verə biləcəyi bir müəllim görməlidir. Müəllimin hansı tərəfə aid olduğunu anlamağa yox, özünün nəyi anlamadığını deməyə çalışmalıdır.
Bu, müəllimin özündən imtina etməsi deyil. Qarşısındakı uşağın hələformalaşmaqda olan dünyasına həssas yanaşmasıdır. Bəzən insanın inandığı dəyərəsədaqəti onu nümayiş etdirməyində yox, həmin dəyərin tələb etdiyi ədaləti vəmərhəməti yaşatmağında görünür.
Biz deyirik ki, müəllim ana olsun, ata olsun, dost olsun, psixoloq olsun, həkimolsun, təcili yardım olsun. Bir insana nə qədər çox yük yığırıq… Əslində, hər dəfəbaşqa bir ad çəkərkən ondan eyni şeyi istəyirik: uşağı görsün. Dərsini bilməyən uşağın tənbəlliyindən əvvəl çətinliyini, susanın sakitliyindən əvvəl qorxusunu, etiraz edəninkobudluğundan əvvəl eşidilmək ehtiyacını duysun. Uşağı bəzən yanlış olda ailəsindənbelə qorumağı bacarmalıdır. Hansısa bir uşaq atasını kumir kimi seçib şiddətəmeyillidirsə, hansısa bir uşaq anasının təsiri ilə fərqli xarakterdə böyüyürsə, hansısabir uşaq ailəsinin qorxusundən və ya təşviqindən asılı olaraq hansısa siyasi, ideoloji təbliğatı sinifdə təqdim edirsə, müəllim dövlətin yumşaq gücü olaraq bunun qarşısınıalmalı, ona izah etməli, anltamalıdır! Müəllimlik təkbaşına bir dövlət olmağı bacarmaqdır! Müəllimlik mənim üçün bu diqqətin və məsuliyyətin adıdır. Özünü göstərmək həvəsindən daha vacibi qarşısındakı uşağı görməyə mane olmadığı bir peşədir.
İllər sonra şagird müəllimin hansı mövzunu hansı gün keçdiyini unuda bilər. Amma onun yanında özünü necə hiss etdiyini asanlıqla unutmur. Düşüncəsinisöyləməyə cəsarəti çatırdımı? Səhv edəndə alçaldılırdımı?
Təhsil texnoloqu, dos. Şəmil Sadiq






