Gündəm · Konkret.az

Günel Bədəlovaya yüksək vəzifə verildi | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Günel Bədəlovaya yüksək vəzifə verildi | KONKRET xəbəri üçün şəkil

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib.

KONKRET.az Unikal.az-a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təmsil edib.

Tədbir çərçivəsində ISMF-in prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, bu seçim Azərbaycanın beynəlxalq idman təşkilatlarında təmsilçiliyinin artırılması ilə yanaşı, ölkəmizin qış idman növlərinin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə təqdim olunması üçün yeni imkanlar yaradır.

Eyni zamanda, ISMF-in rəhbərliyində ali təmsilçilik Azərbaycan üçün xizək alpinizmi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, idmançıların və mütəxəssislərin beynəlxalq idman mühitinə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑