“Yumurtanın qiymətinin vaxtaşırı qalxmasının fərqli səbəbləri var”
Bu sözləri Yenicag-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

Son günlər daxili bazarlarda yumurtanın qiymətinin artması, bəzi satış nöqtələrində 40 qəpiyə qədər qalxması sosial narazılıq yaradan amillərdən biridir.
Yumurtanın qiymətinin qalxmasının səbəbləri nədir? Bu sualın cavabını iqtisadçı A. İbrahimoğ ətraflı saytımıza izah edib:
“Kənd yumurtasının qiymətlərində nəzərə çarpacaq dəyişikliklə bağlı bir çox hallarda mediada rastlaşırıq, izah eləməyə çalışırlar ki, mövsümi amillərlə və tələbin artması ilə qiymətlənib. Mən belə düşünməzdim, mən düşünürəm ki, biz həmişəki kimi nəticə üzərində baş sındırırıq. Bizim əslində araşdırmalı olduğumuz məsələ səbəbdir, səbəb anlayışıdır. Bu yem bazarının, yem strukturunun, yem bazarının olmaması və yaxud da baha başa gəlməsi, mövsümi amillər, bunlar hamısı nəticədir. Səbəb isə yanlış aqrar siyasətdir, həyata keçirilən yanlış aqrar siyasətdir və bunun effekti də kənd yumurtasıdır ki, qiymətlərin bahalaşmasıdır. Belə ki, kənd yumurtasının qiymətlərinin bahalaşmasının arxasında ilk növbədə istehsal xərclərinin yüksəlməsi dayandığını düşünürəm. Yem xüsusilə taxıl və digər komponentlərin qiyməti, quşların saxlanması, baytarlıq xidmətləri, enerji və nəqliyyat xərcləri arttıqca bu son məhsulun qiymətinə təsir edəcək və bu qaçılmazdır. Kiçik təsərrüfatlarda istehsal miqyası aşağı olduğuna görə vahid məhsula düşən xərc nisbətən yüksək olur, bu da kənd yumurtasının qiymətinə birbaşa təsir edir. Mövsümi amillər də düzdür, qiymətə təsir göstərir, amma bu birinci dərəcəli faktor deyil. Müəyyən dövrlərdə toyuqların məhsullarının azalması, bazara çıxarılan yumurtanın həcmini aşağı sala bilir. Təklifin azalması da tələbatın sabit qaldığı şəraitdə qiymətləri yuxarı istiqamətdə hərəkət etdirə bilir. Ancaq yenə də deyirəm, bu əsas faktor deyil. Kənd yumurtasına olan tələbatın artması da ayrıca bir faktordur və bunu faktor kimi qiymətləndirməliyik. İstehsalçıların təbii və kənd məhsullarına marağı yüksəldikcə də bu məhsula əlavə təzyiq formalaşır və qiymət yenidən baxılmalı olur. Burada kənd yumurtasının bazarda müəyyən mənada premium məhsula çevrilməsi də qiymətə öz təsirini göstərir. Məsələnin digər tərəfi isə qiymətin konkret olaraq istehsalçıdan istehlakçıya qədər olan mərhələsindədir. Yəni, bu mərhələdə fermer və ya kənd təsərrüfatı istehsalçısının əldə etdiyi məbləğlə mağazada formalaşan pərakəndə qiymət arasında ciddi fərq yaranırsa, bu fərqin səbəbləri də araşdırılmalıdır. Yəni məsəl üçün logistikada baxılmalıdır, logistika xərclərinə, vasitəçiliyə, ticarət marjalarının hər birinin son qiymətinə baxılmalıdır və bu olduqca ciddi təsirini göstərir. Ərzaq qiymətlərinin davamlı artmasının qarşısını almaq üçün pərakəndə satış qiymətlərinə nəzarət etmək kifayət edən anlayış deyil, istehsalçının xərc yükünü azaltmaq, yerli yem bazarını gücləndirmək, kiçik təsərrüfatların da məhsuldarlığını artırmaq önəmli dəstək verə bilər və təchizat zəncirində də səmərəliliyi yüksəltmək daha dayanıqlı nəticə verər. Biz konkret olaraq otururuq, fikirləşirik, bunu hansısa inzibati forma ilə həyata keçirməliyik. Biz bunu edə bilmərik, edə bilmərik olduqca ciddi şəkildə sahibkarlara zərər vurmuş olacağıq. Biz konkret olaraq çalışmalıyıq ki, Azərbaycanda toyuq məhsullarının istehsalçısı, yumurta istehsalçısı konkret olaraq ucuz və keyfiyyətli şəkildə elçatan formada öz məhsulunu, xidmətini istehsal edə bilsin. Yəni bunun maya dəyəri aşağı olsun. Bunun maya dəyəri aşağı olduğu halda da həmin bu yekun məhsulun qiymətinə təsir edəcək. Yumurta kimi gündəlik istehsal məhsullarının da bahalaşması əhalinin ərzaq büdcəsinə birbaşa təsirini göstərir. Buna görə də kənd yumurtasının qiymətində dəyişiklik yalnız bir məhsulun bahalaşması demək mənasına gəlmir. Kənd təsərrüfatında istehsal xərcləri, təklif imkanları və ərzaq bazarının ümumi vəziyyəti ilə əlaqəli proses kimi qiymətləndirilməlidir. Çünki, biz azərbaycanlılar yumurtanı öz qida rasionumuzda hərtərəfli istehsal edirik, çörək bişiririk yumurtadan, yumurtanı səhər yeməyində istifadə edirik, digər yeməklərdə də qida və ingridiyentlərin ingridiyent kimi istifadə edirik, xammal kimi istifadə edə bilirik və buna görə də yumurta məsələsi olduqca önəmli məsələdir. Yəni sadəcə yumurta və yaxud da toyuq məhsulu kimi baxılmamalıdır. Bir daha deyirəm, burada elə şərait yaratmaq lazımdır ki, sahibkar aşağı maya dəyəri ilə böyük həcmdə məhsul istehsal edə bilsin. Yəni bizim iki variantımız var: ya biz bu məhsulları ölkəmizdə istehsalını qurmağa nail olmalıyıq, ucuz və keyfiyyətli şəkildə aşağı maya dəyəri ilə, və yaxud da gedib ümumdünya ticarət təşkilatına qəbul olmalıyıq, boynumuza almalıyıq ki, bizim əlimizdən heç bir iş gəlmir və kim bizdən daha bacarıqlıdırsa, bizim bazarımıza gəlib bizdən daha ucuz məhsul satsın”.
Nurlan Cəfəri




.jpg)