Cəmiyyət · Bizim.Media

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Siyəzəndə iki yeni körpü tikilir – VİDEO xəbəri üçün şəkil

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun 4,8-ci kilometrindən etibarən yenidənqurma və möhkəmləndirmə tədbirləri görülür, sel sularının sıradan çıxardığı suötürücü qurğunun əvəzində metal konstruksiyalı körpü tikilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, Siyəzən-Məşrif-Qalaaltı avtomobil yolunun 11-ci kilometrində qəzalı hala düşmüş körpünün yerində yeni körpünün inşası davam etdirilir.

“Əsas məqsəd yolların davamlılığını gücləndiirmək və təhlükəsiz, fasiləsiz nəqliyyat hərəkətini təmin etməkdir. İşlər Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında icra olunur", - açıqlamada qeyd olunub.



Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑