Dünya · Yeni Çağ

Hörmüz boğazında gəmilərə sərt xəbərdarlıq - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında gəmilərə sərt xəbərdarlıq - Yeni Çağ xəbəri üçün şəkil

Hörmüz boğazında qayda pozan, İranın müəyyən etdiyi marşrutdan kənar üzən gəmilər təhlükə altındadır.

Yenicag.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib.

“İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri Fars körfəzinin sahillərinə, adalara, Hörmüz boğazına tam nəzarət edir, bu bölgədəki fəaliyyət ciddi nəzarət altındadır”, – o deyib.

Abdullahinin sözlərinə görə, ABŞ-nin Hörmüz boğazının açıq olması barədə iddialarının əksinə olaraq, bu strateji su yolu tamamilə bağlıdır və SEPAH-ın nəzarətindədir:

“Ordu Oman dənizinin açıq sularına, sahillərinə tam nəzarət edir və qoruyur, düşmənin bölgədəki bütün hərəkətlərini izləyərək qaydanı pozan gəmilərin keçməsinə icazə vermir. Hər hansı bir səbəbdən müəyyən edilmiş marşrutdan və İranın tərtibatlarından kənar hərəkət etmək istəyən gəminin təhlükəsizliyi risk altına düşəcək və ciddi zərər görəcək”.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑