Dünya · Yeni Çağ

Günəşdə nəhəng protuberansın qopması qeydə alındı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Günəşdə nəhəng protuberansın qopması qeydə alındı - Yeni Çağ xəbəri üçün şəkil

Günəşdə təxminən 500 min kilometr ölçüsündə nəhəng protuberansın ( (Günəşin səthində – xromosferdə qırmızı rəngli nəhəng qızğın qaz kütləsi çıxıntısı – red.) qopması qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Bildirilib ki, hadisə eyni vaxtda bir neçə kosmik teleskopun kameraları tərəfindən qeydə alınıb.

Protuberanslar Günəş səthinin üzərində yerləşən, əsasən soyuq qazlardan ibarət strukturlardır. Onlar maqnit sahələrinin təsiri ilə müəyyən mövqedə qalır və ölçüləri yüz minlərlə kilometrə çata bilir.

Alimlərin məlumatına görə, belə strukturların kosmosa atılması maqnit fırtınalarına səbəb ola bilər. Lakin budəfəki protuberansın əsasən yan istiqamətdə hərəkət etdiyi bildirilir.

Proqnozlara əsasən, hadisənin Yerə təsiri də mümkündür, ancaq ciddi nəticələr gözlənilmir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑