Dünya · Günün Səsi

Netanyahunun bloku seçkidə 53 mandat qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahunun bloku seçkidə 53 mandat qazandı xəbəri üçün şəkil

İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının koalisiya bloku parlament seçkisində 120 yerdən 53-nü qazanıb. Müxalifətin Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” blokunun 48, ərəb partiyalarının isə 19 mandat əldə edəcəyi gözlənilir.

Gununesi.info xəbər verir ki, bu barədə JDN telekanalının İsrail Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən yaydığı məlumatda bildirilib.

İlkin nəticələrə əsasən, Benyamin Netanyahunun “Likud” partiyası 27 mandat qazanıb. İsrail baş nazirinin əsas rəqibi Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası isə 21 mandatla ikinci yerdə qərarlaşıb. Üçüncü yeri İsrailin keçmiş baş naziri Naftali Bennetin “Beyahad” partiyası tutub. Partiyanın 12 mandat əldə edəcəyi gözlənilir.

İsraildə parlamentdə çoxluğu formalaşdırmaq üçün koalisiyanın ən azı 61 mandatı olmalıdır. Hazırkı ilkin nəticələrə görə, nə Netanyahunun rəhbərlik etdiyi blok, nə də müxalifət bu həddə çata bilib. Buna görə də hökumətin formalaşdırılması üçün koalisiya danışıqlarının aparılması gözlənilir.

İsrail prezidenti parlamentə daxil olan partiyaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra hökuməti formalaşdırmaq şansı ən yüksək olan deputata bu vəzifəni həvalə edir. Əgər heç bir deputat hökuməti formalaşdıra bilməsə, qanunvericilikdə nəzərdə tutulan prosedurlara uyğun olaraq növbəti mərhələyə keçilir və nəticədə növbədənkənar seçki keçirilə bilər.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑