Hadisə · Xəzər Xəbər

Baş həkimin müavini bıçaqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baş həkimin müavini bıçaqlandı xəbəri üçün şəkil

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Xezerxeber.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasına baş həkimin müavini təyin edilib

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑