Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, 24 sentyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 1944-cü il təvəllüdlü İsgəndərov Fərhad Məsim oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.





