Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 24-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 82 yaşlı Fərhad Məsim oğlu İsgəndərovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




