Dünya · Trend.az

Yaponiya və ABŞ-nin genişmiqyaslı hərbi təlimləri başlayıblar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaponiya və ABŞ-nin genişmiqyaslı hərbi təlimləri başlayıblar xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ və Yaponiya arasında Keen Sword adlı genişmiqyaslı birgə hərbi təlimlər 57 mindən çox hərbçinin iştirakı ilə Yaponiyanın geniş ərazilərində və akvatoriyalarında başlayıb.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata əsasən, təlimlər oktyabrın 29-dək Tayvan bölgəsindən ölkənin ən şimal adası olan Hokkaydoyadək əraziləri əhatə edəcək.

Təlimlərə Yaponiya tərəfindən 45 min hərbçi, ABŞ tərəfindən isə təxminən 12 min hərbçi cəlb olunacaq. Həmçinin 300-dək təyyarənin, döyüş gəmilərinin və çoxsaylı quru hərbi texnikasının iştirakı nəzərdə tutulur. Avstraliya, Almaniya və Fransa da daxil olmaqla, daha 7 ölkənin bölmələrinin təlimlərə qatılması planlaşdırılır.

Təlimlər zamanı Yaponiyanın təxminən 1 000 kilometr mənzilli yeni mobil yerüstü “Type-25” raketləri ilk dəfə nümayiş etdiriləcək. İki ölkənin hərbçiləri bu silahların hədəfə yönəldilməsi və tətbiqi zamanı qarşılıqlı fəaliyyəti məşq edəcəklər. Lakin raketlərin real buraxılışı həyata keçirilməyəcək.

ABŞ Silahlı Qüvvələri də təlimlər çərçivəsində ilk dəfə Yaponiyanın Yonaguni adasında ən yeni NMESIS mobil pilotsuz raket komplekslərini və dronlara, eləcə də digər alçaqdan uçan hədəflərə qarşı mübarizə üçün nəzərdə tutulan MADIS mobil qurğularını yerləşdirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑