Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda keçirilən “Vikinq” - “Sabah” matçının ikinci hissəsi başlayıb.
Norveçin Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçirilən qarşılaşmada hesab 1:1-dir.
İlk hissədə “Sabah”ın heyətində Orfe Mbina, meydan sahiblərindən isə Erik Botheym fərqlənib.
XXX
00:53
UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV tur oyununda ilk hissə başa çatıb.
Komandalar Stavanger şəhərində təşkil olunan qarşılaşmanın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.
Matçı niderlandlı Sander van der Eyk idarə edir.
XXX
00:38
“Vikinq”in hücumçusu Erik Botheym 27-ci dəqiqədə Kristoffer Haugenin ötürməsindən sonra fərqlənərək “Sabah”la oyunda hesabı bərabərləşdirib - 1:1.
XXX
00:24
“Sabah”ın hücumçusu Orfe Mbina “Vikinq”lə səfər oyununun 11-ci dəqiqəsində hesabı açıb - 1:0.
XXX
00:05
UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV turun oyunu başlayıb.
Qarşılaşma Stavanger şəhərində keçirilir.
Matçı niderlandlı Sander van der Eyk idarə edir.





