Dünya · Trend.az

Ukrayna müharibəsi yaxın aylarda başa çatacaq - Lukaşenko

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna müharibəsi yaxın aylarda başa çatacaq - Lukaşenko xəbəri üçün şəkil

Bakı.Trend:

Ukrayna münaqişəsi yaxın aylarda başa çatacaq.

"Lenta" portalının məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko IV Minsk Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq. Bu, mənim şəxsi fikrimdir. Artıq heç kimin gücü və resursları qalmayıb, hamı yorulub”, – deyə Lukaşenko bildirib.

Bununla yanaşı, Belarus Prezidenti Rusiya və Belarusun Qərblə müharibə ehtimalını da qiymətləndirib. Onun sözlərinə görə, Moskva və Minsk belə bir münaqişəyə hazırlaşmır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Belarusla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi haqqında fərman imzalayıb. Müvafiq sənəd Rusiyanın hüquqi informasiya üzrə rəsmi internet portalında dərc olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑