Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunda qeyd olunan, Rusiyanın əsas enerji resursları alıcılarına qarşı 100 faizlik gömrük rüsumlarının tətbiqindən imtina edib.
Ağ Evin saytında dərc olunan sərəncamda deyilir: “Qremin qanununun 115(a), 113-cü maddədə nəzərdə tutulan rüsumları tətbiq etməkdən imtina edirəm”.
Qeyd edək ki, Qanunun 113-cü maddəsi Rusiyadan neft və qaz idxal edən beş ən böyük ölkəyə qarşı 100 faizə qədər gömrük rüsumlarının tətbiqini nəzərdə tutur.





