Dünya · Trend.az

Tramp Koreya müharibəsi dövrünün qanununu tətbiq edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Koreya müharibəsi dövrünün qanununu tətbiq edib xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp yanacağın yüksək qiymətləri fonunda ölkənin neft sənayesinə dəstək vermək üçün Koreya müharibəsi (1950–1953) dövründə qəbul edilmiş hərbi istehsal haqqında qanunu tətbiq edib.

Bu barədə Ağ Evin dərc etdiyi dövlət başçısının memorandumunda bildirilib.

Tramp neft hasilatı və emalı, eləcə də bu sahə ilə bağlı fəaliyyətləri milli müdafiə üçün zəruri elan edib.

Sənəddə qeyd olunub ki, ABŞ-də neft hasilatı, emalı və logistika sahəsindəki daxili imkanlar, o cümlədən kəşfiyyat və hasilat işləri, nəqliyyat boru kəmərləri, anbarlar və dəniz terminalları milli müdafiə üçün həyati əhəmiyyət daşıyan sənaye resursları, materiallar və kritik texnoloji komponentlərdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑