Dünya · Teleqraf

Tramp: Müharibə tezliklə bitəcək və neftin qiyməti kəskin şəkildə aşağı düşəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Müharibə tezliklə bitəcək və neftin qiyməti kəskin şəkildə aşağı düşəcək xəbəri üçün şəkil

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin başa çatmaq üzrə olduğunu düşündüyünü bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Artıq səkkiz müharibə və müharibəyə çevrilmək üzrə olan münaqişəni həll etmişəm. Onlardan bəziləri yenicə başlamışdı. Hesab edirəm ki, daha iki münaqişəyə son qoymağa yaxınıq. Rusiya ilə Ukrayna arasındakı münaqişənin də bu mərhələyə yaxınlaşdığını düşünürəm”, – deyə ABŞ lideri bildirib.

Tramp ABŞ ilə İran arasındakı müharibənin də çox tezliklə başa çatacağını əlavə edib.

“Bu, necə baş verəcək, mənim üçün demək olar ki, fərq etmir. Hər halda, bu, çox tezliklə baş verəcək və benzinlə neftin qiymətləri kəskin şəkildə aşağı düşəcək”, – deyə o bildirib.








BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑