Bakı. Trend:
İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Miqel ikinci divizionun "Andorra" ilə ev oyununda ürək tutması keçirib.
Hadisə qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş vaxtın sonlarında, meydanın mərkəzində futbolçunun "Andorra" komandasının qapıçısı Xesus Ovono ilə toqquşmasından sonra baş verib.
Məlumata görə, tibbi yardım göstərildikdən sonra futbolçu huşunu itirib və xəstəxanaya çatdırılıb. Klub daha sonra onun vəziyyətinin stabil, lakin ağır olduğunu açıqlayıb.
30 yaşlı De Miqel 2025-ci ilin yayından “Tenerife”də çıxış edir. O, karyerası ərzində İspaniyanın bir sıra digər klublarında da oynayıb.
Qeyd edək ki, noyabrın 2-də keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.




