Dünya · Trend.az

Suriya hökumətində dəyişiklikləri kadr dəyişiklikləri aparılacaq - KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Suriya hökumətində dəyişiklikləri kadr dəyişiklikləri aparılacaq - KİV xəbəri üçün şəkil

Bakı. Trend:

Suriya Prezidenti Əhməd əş-Şaraa ölkə hökumətində kadr dəyişiklikləri aparacaq. Gözlənilir ki, yeni daxili işlər naziri təyin olunacaq.

Bu barədə "Sham TV" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, daxili işlər naziri Anas Xəttabın yerinə ölkənin şərqində yerləşən Deyr əz-Zor vilayətinin qubernatoru Ziyad Fəvaz Ayəş təyin ediləcək. O, 2026-cı ilin əvvəlində daxili işlər nazirinin müavini vəzifəsini tutub və prezidentin tapşırığı ilə Dəməşq ilə kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” arasında imzalanmış sazişin icrasına nəzarət edib.

Oktyabrın 19-da Əhməd əş-Şaraa Basil Əbdül Hənnanı sənaye və ticarət naziri vəzifəsinə təyin edib. Telekanalın məlumatına görə, ölkə prezidenti yaxın günlərdə iqtisadiyyat nazirini də dəyişməyi planlaşdırır. Bu vəzifəyə Dərviş əl-Əcəlani təyin ediləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑