Bakı.Trend:
Qərbin sanksiyaları, bir qayda olaraq, haqsız rəqabət vasitəsi kimi istifadə olunur və nəticədə bütün tərəflər, xüsusilə də bu sanksiyaları tətbiq edənlər üçün ağır nəticələrə səbəb olur.
TASS-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıb.
“Bütün sanksiyalar, bir qayda olaraq, haqsız rəqabət üçün istifadə olunur. Nəticədə bu, hamı, ilk növbədə isə həmin sanksiyaları tətbiq edənlər üçün ağır nəticələrə gətirib çıxarır”, – deyə rusiyalı dövlət başçısı bildirib.
O əlavə edib ki, dünya qaz bazarında vəziyyəti sabitləşdirmək üçün münaqişələrin dayandırılması və sanksiyaların ləğvi barədə düşünmək lazımdır.



