Siyasət · Trend.az

Prezident İlham Əliyev: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezident İlham Əliyev: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir xəbəri üçün şəkil

Türkmənbaşı. Trend:

Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində dayazlaşmanın səbəblərini müəyyənləşdirmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib.

“Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi mexanizmin yaradılmasına keçməliyik”, - deyən dövlətimizin başçısı əvvəlcə Xəzər dənizi səviyyəsinin aşağı düşməsinə təsir edən bütün amillərin müəyyənləşdirilməsinin və vəziyyətin gələcək inkişafına obyektiv elmi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑