Siyasət · Trend.az

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir xəbəri üçün şəkil

Türkmənbaşı. Trend:

Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı antropogen amillərdir.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında səsləndirib.

Bununla yanaşı, dövlətimizin başçısı davam edən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsinin və bu gün qərarlar qəbul olunarkən nəzərə alınmasının vacibliyini qeyd edib. O, belə bir yanaşmanın zəruri tədbirlərin vaxtında həyata keçirilməsinə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin təsirini minimuma endirməyə imkan verəcəyini vurğulayıb.

“İnanırıq ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktik nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq”, - deyə Prezident İlham Əliyev bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑