Dünya · Trend.az

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı 59-a çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı 59-a çatıb xəbəri üçün şəkil

Bakı.Trend:

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı bir həftə ərzində 59-a çatıb.

Bu barədə "NU.nl" portalı Niderlandın Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutunun (RIVM) məlumatlarına istinadən xəbər verib.

Bildirilib ki, ölkədə oktyabrın 1-dən 7-dək daha üç yoluxma halı aşkarlanıb.

Məlumata görə, həftə ərzində yoluxanlardan biri ölüb. Bununla da virusdan ölənlərin sayı 10-a çatıb. Ölənlərin mütləq əksəriyyəti yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər olub.

RIVM-in məlumatına görə, bütün yoluxanları qızdırma əlamətləri üzə çıxmazdan qısa müddət əvvəl ağcaqanad dişləyib. Yeni yoluxma hallarından ikisi Cənubi Hollandiya, biri isə Utrext əyalətində qeydə alınıb. Yoluxanların sayına görə Cənubi Hollandiya hələ də öndədir (20-dən çox hal). Virus, həmçinin Şimali Hollandiya, Şimali Brabant, Gelderland və Overeyssel əyalətlərində aşkarlanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑