Dünya · Bizim.Media

ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib xəbəri üçün şəkil

ABŞ İrana qarşı hərbi əməliyyatlar başlayandan bəri 81 təyyarə və helikopter tipli uçuş aparatını itirib və ya onlara ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

"CNN" telekanalının ABŞ Konqresinin Tədqiqat Xidmətinin yenilənmiş məruzəsinə istinadən yaydığı məlumata görə, itirilən və zədələnən texnologiyalar aşağıdakılardır:

 

Sıradan çıxan texnikanın 47-si PUA (dron), 21-i taktiki aviasiya təyyarəsi, 13-ü isə helikopterdir. Bunlardan 54 ədədi tamamilə məhv edilib (böyük döyüş itkiləri), 27-si isə müvəqqəti olaraq sıradan çıxaraq təmirdədir.

 

İtirilmiş texnikanın ümumi dəyəri 1,9 - 3,3 milyard dollar arasında qiymətləndirilir. Məbləğdəki fərq ABŞ Müdafiə Nazirliyinin gələcəkdə seçəcəyi əvəzetmə variantlarından asılıdır.

Müəlliflər vurğulayıblar ki, məlumatlar hələ ki ilkin xarakter daşıyır və məxfi rejim, habelə davam edən döyüş əməliyyatları səbəbindən rəqəmlər dəyişə bilər.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑