Dünya · Trend.az

Niderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Niderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var xəbəri üçün şəkil

Bakı.Trend:

Niderlandda “Bulo” fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb.

Bu barədə ANP agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsində küçədə aşmış ağacın altında huşsuz vəziyyətdə olan kişinin aşkarlanması barədə təcili xidmətlərə məlumat daxil olub. Xilasedicilər hadisə yerinə çatdıqda həmin şəxsin artıq öldüyü məlum olub.

Haaqa şəhərinin Sxeveningen rayonunun sahillərində isə bir sörfçü itkin düşüb. Axtarış əməliyyatına sahilyanı dörd yaşayış məntəqəsinin xilasediciləri, eləcə də Sahil Mühafizəsinin helikopteri cəlb olunub. Axtarışlar cənubdakı Keykdöyn rayonundan Sxeveningen körpüsünədək ərazidə aparılıb. Bazar günü axşam saatlarında təhlükəli hava şəraiti səbəbindən əməliyyat dayandırılıb və hələlik bərpa edilməyib.

Fırtına dəmir yolu və avtomobil nəqliyyatında da fasilələrə səbəb olub. Oktyabrın 25-də axşam saatlarında çoxsaylı aşmış ağaclar səbəbindən Haarlem və Zandvoort şəhərləri arasında qatarların hərəkəti dayandırılıb, Haarlem ilə Amsterdam Mərkəzi dəmir yolu stansiyası arasındakı şəhərətrafı qatarların sayı azaldılıb. Bir neçə əyalətdə yanğınsöndürənlər yollardan aşmış ağacları və iri budaqları təmizləməli olublar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑