Dünya · Trend.az

NATO-ya üzv olan 32 ölkənin hərbi nümayəndələri Kiyevə səfər edib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
NATO-ya üzv olan 32 ölkənin hərbi nümayəndələri Kiyevə səfər edib xəbəri üçün şəkil

Bakı.Trend:

NATO Hərbi Komitəsinin admiral Cüzeppe Kavo Draqonenin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edib. Görüşdə döyüş meydanındakı vəziyyət, hərbi prioritetlər və Ukraynanın əldə etdiyi təcrübə müzakirə olunub.

Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

“Dünən NATO-nun bütün Hərbi Komitəsi ilə birlikdə Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləmək üçün Kiyevə səfər etdik”, - deyə Draqone çərşənbə günü “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı ilə danışıqlar “Ukraynanın hərbi prioritetlərinə və Alyansın mövcud və gələcək təhdidlərə hazırlığının gücləndirilməsinə kömək edəcək əldə edilmiş təcrübəyə” həsr olunub.

Bu, son səkkiz ildə NATO Hərbi Komitəsinin Kiyevə bu formatda ilk rəsmi səfəridir.

Hərbi Komitənin rəhbəri əlavə edib ki, nümayəndə heyətinin üzvləri Ukrayna uğrunda həlak olmuş hərbçilərin xatirəsini yad ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑