Dünya · Trend.az

Kiyevin su təchizatı tam bərpa olunub - Kliçko

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevin su təchizatı tam bərpa olunub - Kliçko xəbəri üçün şəkil

Bakı.Trend:

Kiyevdə su təchizatı tam bərpa olunub.

"İnterfaks-Ukrayna"nın məlumatına görə, bunu Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib.

“Paytaxtda su təchizatı tamamilə bərpa edilib. Kiyevin su şəbəkələrində təzyiq sabitləşdirilib və normativ göstəricilərə uyğundur”, – deyə o, çərşənbə günü “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, hazırda paytaxtın bütün su və kanalizasiya nasos stansiyaları ştat rejimdə fəaliyyət göstərir.

“Kiyevvodokanal”ın mütəxəssisləri paytaxtın su təchizatı və su axıdılması sistemlərinin işinə nəzarəti davam etdirirlər”, – deyə Kliçko əmin edib.

Xatırladaq ki, noyabrın 3-də Ukraynanın enerji infrastrukturuna hədəflənmiş zərbələr nəticəsində Kiyevdəki əsas su təchizatı obyektləri elektrik enerjisiz qalmış və şəhərdə su təchizatı müvəqqəti dayandırılmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑