Dünya · Trend.az

İsrail İranı bombalamaq üçün ABŞ-dən icazə istəyir - KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail İranı bombalamaq üçün ABŞ-dən icazə istəyir - KİV xəbəri üçün şəkil

Bakı.Trend:

İsrail İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, əvvəllər hücuma məruz qalmamış enerji obyektlərinə zərbələr endirmək üçün Vaşinqtondan icazə istəyib.

Bu barədə İsrailin "Kan" dövlət teleradio şirkəti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ABŞ administrasiyasının rəhbəri Donald Trampdan Vaşinqtonun hələlik zərbə endirilməsinə razılıq vermədiyi hədəflərə, xüsusilə enerji obyektlərinə hücum etmək üçün icazə almağa ümid edir.

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində İrana qarşı müharibəni “çox qısa müddətdə” başa çatdırmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑