Dünya · Publika.az

Putindən Fələstinlə bağlı mesaj: Bu xalq əziyyət çəkməyə davam edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putindən Fələstinlə bağlı mesaj: Bu xalq əziyyət çəkməyə davam edir xəbəri üçün şəkil

Rusiya prezidenti Vladimir Putin Fars körfəzində baş verən hadisələr fonunda Fələstin probleminin unudulmamasına çağırıb.

Publika.az xəbər verir ki, Putin bu barədə “Rusiya-Afrika” forumunun ilk plenar iclasında çıxışı zamanı danışıb.

Rusiya lideri vurğulayıb ki, Fələstin xalqı əziyyət çəkməyə davam edir və Fars körfəzindəki vəziyyətə diqqət yetirilərkən bu problemin diqqətdən kənarda qalmaması vacibdir.

“Fars körfəzində baş verən hadisələr fonunda əziyyət çəkməyə davam edən Fələstinin problemlərini unutmaq olmaz”, - deyə Putin bildirib.

O, həmçinin Rusiyanın iki dövlətin yaradılması prinsipini dəstəklədiyini qeyd edib. Putinin fikrincə, Fələstin məsələsinin yekun həlli yalnız bu prinsip əsasında mümkündür.

Müəllif: Adəm Abbaslı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑