Dünya · SİA

İsraildə səslərin 97,3 faizi sayılıb: heç bir blok çoxluq əldə etməyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsraildə səslərin 97,3 faizi sayılıb: heç bir blok çoxluq əldə etməyib xəbəri üçün şəkil

İsraildə parlament seçkilərində səslərin 97,3 faizi hesablanıb, lakin heç bir siyasi blok Knessetdə çoxluq qazana bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, "The Jerusalem Post" xəbər verir ki, ilkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok Knessetdə 53, müxalifət bloku isə 48 mandat əldə edir.

Parlamentdə çoxluq formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur.

Qalan bülletenlərin, o cümlədən hərbçilərin və diplomatların səslərinin hesablanmasından sonra yekun mandat bölgüsünün dəyişə biləcəyi bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑