Dünya · Trend.az

Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır xəbəri üçün şəkil

Bakı.Trend:

Hindistan Ermənistan ərazisində “Pinaka Mk-II” raketlərinin istehsalı və yığılmasının təşkili imkanlarını müzakirə edir.

Bu barədə IDRW saytı məlumat yayıb.

Bununla belə, Ermənistanda mümkün yerli istehsal proqramının hansı konkret raket variantı əsasında həyata keçiriləcəyi açıqlanmayıb.

İstehsalın mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutula bilər. Mənbələrin bildirdiyinə görə, ilkin mərhələdə Ermənistan Hindistandan idxal olunan komponent və materiallardan istifadə edə, sonrakı mərhələlərdə isə yerli istehsal komponentlərinin payını tədricən artıra bilər.

İstehsalın dəqiq formatı, raketin konkret variantı və texnologiyaların ötürülməsi şərtləri hələ müəyyənləşdirilməyib. Tərəflər arasında yekun razılaşma da elan olunmayıb. Ermənistanda mümkün istehsalın həcmi davam edən danışıqların nəticələrindən asılı olacaq.

Xatırladaq ki, Ermənistan artıq Hindistan istehsalı olan “Pinaka Mk-II” idarəolunan raketlərini, eləcə də uzaq mənzilli idarəolunmayan “Pinaka” raketlərini silah arsenalına daxil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑