Dünya · Yeni Sabah

Məsud Pezeşkiana ayətullahdan sərt xəbərdarlıq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məsud Pezeşkiana ayətullahdan sərt xəbərdarlıq xəbəri üçün şəkil

"Quranı, "Nəhcül Bəlağə"ni və dini anlayışları təfsir etməyin. Böyük səhvləriniz düzəldilməyə bilər".

"Yeni Sabah" xəbər verir ki, bu xəbərdarlıq İran Prezidenti Məsud Pezeşkiana edilib.

Onun müəllifi İslam Respublikasının nüfuzlu ruhanilərindən biri və Ekspertlər Şurasının üzvü Ayətullah Möhsen Ərakidir. Dördpendirli pizza

"Cənab Prezidentdən Quranı və "Nəhcül Bəlağə"ni təfsir etməməsini xahiş edirik, çünki bu, onun işi deyil. Onun etdiyi böyük səhvlər düzəldilməyə bilər", - deyə Ayətullah Əraki vurğulayıb.

Xatırladaq ki, Məsud Pezeşkian çıxışlarında tez-tez dini ədəbiyyatdan sitatlar gətirir və onlara təfsir verir. Bu, onun çıxışlarına ilk etirazdır.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑