Dünya · Trend.az

Hörmüz boğazında gəmi minaya düşüb, yanğın olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında gəmi minaya düşüb, yanğın olub xəbəri üçün şəkil

Bakı. Trend:

Hörmüz boğazının şərqində qadağan olunmuş zonadan keçməyə cəhd edən bir ədəd neft tankerində minaya düşdükdən sonra yanğın baş verib.

Bu barədə İran ordusunun Hərbi Dəniz Qoşunlarının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Bir neçə saat öncə öz radar sistemlərini söndürməklə qadağan olunmuş zonadan keçməyə cəhd edən bir neft tankeri dəniz minalarına toxunub. Neft tankerinə ziyan dəyib və yanğın baş verib”, -deyə məlumatda qeyd olunur.

İran ordusu Hərbi Dəniz Qoşunları qeyd edib ki, Hörmüz boğazı koordinasiya edilmədən keçməyə cəhd edən gəmilər üçün bağlıdır. Bu boğazdan keçmək üçün İran Silahlı Qüvvələri ilə lazımi koordinasiya aparılmalıdır.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑