İqtisadiyyat · Trend.az

"Google" Azərbaycanda populyarlığına görə liderliyini qoruyur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Google" Azərbaycanda populyarlığına görə liderliyini qoruyur xəbəri üçün şəkil

Bakı. Trend:

“Global Stats” Statistika Mərkəzinin məlumatlarına əsasən, 2026-cı ilin sentyabr ayının yekunlarına görə “Google” axtarış sistemi Azərbaycanın axtarış xidmətləri bazarında inamlı liderliyini qoruyub.

Trend-in “Global Stats”ın məlumatları əsasında apardığı hesablamalara görə, bu ilin sentyabrında “Google” axtarış sisteminin Azərbaycanda bütün platformalar (kompüterlər, mobil cihazlar və planşetlər) üzrə bazar payı 97,35 faiz təşkil edib və bu göstərici avqust ayı ilə müqayisədə dəyişməyib.

Bundan əlavə, “Global Stats”ın məlumatları göstərir ki, ikinci yerdə qərarlaşan “Yandex”in bazar payı 0,07 faiz bəndi azalaraq 1,82 faizə düşüb.

Üçüncü yerdə qərarlaşan “Bing”in bazar payı 0,1 faiz bəndi artaraq 0,67 faizə çatıb. Dördüncü yerdə bazar payını 0,04 faiz bəndi azaldaraq 0,07 faizə endirən “DuckDuckGo” və bazar payı dəyişməyərək 0,07 faiz təşkil edən “Yahoo!” qərarlaşıb.

Qeyd edək ki, “Global Stats”ın məlumatlarına əsasən, 2026-cı ilin sentyabr ayının yekunlarına görə, “Google” dünya üzrə axtarış xidmətləri bazarında da liderliyini qoruyub. İkinci yeri “Bing”, üçüncü yeri isə “Yahoo” tutub. İlk beşliyə həmçinin “Yandex” və “DuckDuckGo!” daxil olub.

7 oktyabr 2026-cı ildə “Google” birbaşa “Android” cihazlarında işləyən fərdiləşdirilmiş süni intellekt funksiyalarının təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulmuş “Android on-device AI Seal” (AISeal) arxitekturasını təqdim edib.

AISeal “Android Virtualization Framework” (AVF) və qorunan virtuallaşdırma pKVM-dən (“protected Kernel-based Virtual Machine”) istifadə edir. “Google”un məlumatına görə, belə bir arxitektura süni intellektlə əlaqəli həssas məlumatları və prosesləri cihazın əsas əməliyyat sistemindən təcrid etməyə imkan verir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑