Dünya · Trend.az

Fransada etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb xəbəri üçün şəkil

Bakı. Trend:

Fransada oktyabrın 31-də keçirilən etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis prefekturasının məlumatına görə, etiraz aksiyalarının üçüncü mərhələsində ölkə üzrə 320 min nəfər iştirak edib, onlardan 70 mini Parisdə aksiya keçirib.

Məlumata görə, saat 21:00-a olan vəziyyətə əsasən, ölkə üzrə 565 nəfər saxlanılıb.

Oktyabrın 24-də keçirilən əvvəlki etiraz aksiyası zamanı günün sonuna qədər 768 nəfər, oktyabrın 17-də isə həmin saata qədər 385 nəfər saxlanılmışdı.

Fransanın daxili işlər naziri Loran Nunyez bildirib ki, aksiya öncəsi ölkə üzrə 40 min yoxlama aparılıb. Onlardan 15 mini Paris aqlomerasiyasında həyata keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑