Dünya · Trend.az

Ermənistanın Prezidentinin səhhətində ciddi problemlər yaranıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanın Prezidentinin səhhətində ciddi problemlər yaranıb xəbəri üçün şəkil

Bakı.Trend:

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə pisləşib.

Bu barədə "Hraparak" portalı öz mənbələrinə istinadən məlumat yayıb

Bildirilib ki, o, oktyabrın 27-ə planlaşdırılan tədbirdə iştirak etməyib.

"Bundan əlavə, Xaçaturyan son vaxtlar COP-17 çərçivəsində keçirilən tədbirlər də daxil olmaqla, bir sıra tədbirlərdə iştirakını ləğv edib. Prezident yalnız açılış mərasimində iştirak edib və bir bəyanatla çıxış edib. Məlumatımıza görə, dövlət başçısı son vaxtlar öz iqamətgahında da daha az görünür", - deyə portalın xəbərində vurğulanıb.

Xatırladaq ki, Xaçaturyanın səhhətində problemlər olması barədə məlumatlar əvvəllər də yayılıb. Son vaxtlar bəzi müşahidəçilər onun xarici görünüşündə də dəyişikliklər olduğunu qeyd ediblər.

Bundan başqa ötən gün Ermənistanda “The Prince Talal International Prize for Human Development 2025” mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirin Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın yüksək himayəsi altında keçirilməsi nəzərdə tutulsa da, o, mərasimdə iştirak etməyib.

Tədbirdə İspaniya kraliçası və şahzadə Əbdüləziz bin Talal bin Əbdüləziz Al Səud da daxil olmaqla, yüksək vəzifəli qonaqlar iştirak ediblər. Nikol Paşinyan əvvəlcə hökumətdə qonaqları qəbul edib, daha sonra “Dvin” kompleksində keçirilən mərasimə qatılıb.

Məqalədə Xaçaturyanın konkret hansı xəstəlikdən əziyyət çəkdiyi aydınlaşdırılmır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑