Dünya · Trend.az

Azərbaycanlı futbol hakimi Ermənistan yığmasının oyununu idarə edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanlı futbol hakimi Ermənistan yığmasının oyununu idarə edib xəbəri üçün şəkil

Bakı. Trend:

Azərbaycanlı futbol hakimi Fəridə Lütfəliyeva 2027-ci il UEFA qadınlar arasında U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya və Ermənistan yığmaları arasında keçirilən oyunu idarə edib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Digər həmyerlimiz Gülnurə Əkbərzadə isə həmin matçın yan hakimi olub.

Bolqarıstanda keçirilən qarşılaşma İrlandiya millisinin 11:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, İrlandiya yığması görüşün ilk hissəsində doqquz, ikinci hissəsində isə iki qol vurub. Ermənistan millisi isə oyun ərzində rəqib qapısına cəmi iki zərbə endirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑