İqtisadiyyat · Trend.az

Azərbaycanın müsbət ticarət saldosu bu il 11 milyard dolları ötüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın müsbət ticarət saldosu bu il 11 milyard dolları ötüb xəbəri üçün şəkil

Bakı. Trend:

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 934,9 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə 11 milyard 88,1 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

Hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 125 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə məhsul idxal edilib.

2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 7,4 faiz artıb, real ifadədə isə 15,4 faiz azalıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑