İqtisadiyyat · Azxeber.com

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR xəbəri üçün şəkil
Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan və Kamboca arasında turizm əlaqələrinin inkişafı, işgüzar münasibətlərin genişləndirilməsi və hər iki ölkənin turizm sektorunda fəaliyyət göstərən şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım kimi Kambocaya işgüzar səfərin təşkil olunması nəzərdə tutulub. Səfərin turizm sahəsində fəaliyyət göstərən şirkətlər arasında əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinə və yeni biznes imkanlarının araşdırılmasına şərait yaratması hədəflənir.
Görüşün sonunda Marsol Group tərəfindən cənab nazir Huot Haka xatirə hədiyyəsi təqdim edilib.  








BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑