Dünya · Trend.az

Aİ Afrika Buynuzunda genişmiqyaslı regional münaqişə riskindən narahatdır

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ Afrika Buynuzunda genişmiqyaslı regional münaqişə riskindən narahatdır xəbəri üçün şəkil

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Efiopiyada zorakılığın davam edən eskalasiyasından və regional gərginliyin artmasından, xüsusilə Efiopiya ilə Eritreya arasındakı münasibətlərdən narahatdır.

Bu barədə Aİ adından Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

“Bu, bütün Afrika Buynuzunda sülh və sabitlik üçün ağır nəticələrə səbəb ola biləcək daha genişmiqyaslı regional münaqişənin yaranması riskini artırır. Aİ bütün istiqamətlərdə gərginliyin dərhal azaldılmasına çağırır və tərəfləri gərginliyi artıra biləcək hərəkətlərdən və ritorikadan çəkinməyə təkidlə çağırır”, - deyə Kallasın bazar ertəsi axşam yayımlanan bəyanatında bildirilib.

Sənəddə, həmçinin, daimi atəşkəs haqqında sazişin tərəflərinə Afrika İttifaqı çərçivəsində onun tam şəkildə həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləmək çağırışı yer alıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑