Almaniyanın Bavariya əyalətinin Berhqau icmasında baş verən atışma nəticəsində iki nəfər xəsarət alıb.
News24.az “Bild” qəzetinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sakinlərdən evlərini tərk etməməyi xahiş edib.
Atəş səsləri barədə ilk məlumatlar yerli vaxtla saat 14:00 radələrində daxil olub. Hadisədən dərhal sonra polis ərazini mühasirəyə alıb və əməliyyata helikopter cəlb edilib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.





