Dünya · Trend.az

ABŞ Rusiyadan dizel yanacağı idxalını artıra bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Rusiyadan dizel yanacağı idxalını artıra bilər xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ gələcəkdə Rusiyadan əlavə həcmdə dizel yanacağı idxal edə bilər.

Bu barədə ABŞ-nin energetika naziri Kris Rayt açıqlama verib.

Rusiyadan dizel yanacağı daşıyan yeni tankerlərin ABŞ-yə göndərilməsinin mümkünlüyü ilə bağlı suala cavab verən nazir belə bir ssenarinin kifayət qədər real olduğunu bildirib.

“Bu, tamamilə mümkündür”, – deyə Rayt qeyd edib.

Xatırladaq ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər bir sıra məsələlərlə yanaşı, neft məhsullarının tədarükünü də müzakirə ediblər.

Danışıqlardan sonra Putin Moskvanın ABŞ-yə və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu bir daha təsdiqlədiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑