Dünya · Trend.az

ABŞ-də hakerlər 41 mindən çox Daxili Təhlükəsizlik Departamenti əməkdaşının məlumatlarını açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də hakerlər 41 mindən çox Daxili Təhlükəsizlik Departamenti əməkdaşının məlumatlarını açıqlayıb xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ-də məlumat sızmalarının dərc edilməsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinin 41 mindən çox əməkdaşına aid məlumatları internetdə yayımladığını bildirib.

"Distributed Denial of Secrets" (DDOS) təşkilatı bu həssas məlumatları Department of Peace adı ilə tanınan haker qrupundan əldə etdiyini bəyan edib. Həmin qrup əməkdaşların adları, iş yerləri və vəzifə təyinatları üzrə ətraflı axtarış aparmağa imkan verən "İcepick" adlı alət yaradıb.

DDOS-un yaydığı bəyanatda fəal Maya Arson Krimyu bildirib: “Bu məlumat toplusu həm həcminə, həm də təsirinə görə olduqca böyükdür”.

Fəal əlavə edib: “Bu məlumatlar Daxili Təhlükəsizlik Departamentinin təşkilati strukturu haqqında misli görünməmiş təsəvvür yaradır, DTN-in bir sıra qurumlarında, o cümlədən "İCE"də (immiqrasiya polisi) kimin hansı işi gördüyünü üzə çıxarır”.

DHS və İCE ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin yanvarında, ikinci prezidentlik müddətinin əvvəlində başlatdığı sərt immiqrasiya tədbirlərinin əsas mərkəzində yer alır.

DDOS-un həmtəsisçisi Emma Best məlumat sızmasını “misilsiz” hadisə kimi qiymətləndirib.

QHT-nin məlumatına görə, bu məlumatlar “gizli və örtülü əməliyyatlara nəzarət edən şəxsləri, hökumətin məlumat verən şəxsləri müəyyənləşdirmək üçün apardığı axtarışları, eləcə də DHS-in məcburi köçürmə və deportasiya proqramlarında çalışan, fəaliyyəti getdikcə genişlənən əsas əməkdaşları müəyyən etməyə imkan verir”.

Bu sərt tədbirlər sənədləri olmayan minlərlə insanın saxlanılmasına və deportasiyasına səbəb olub. Bu prosesə ABŞ vətəndaşları da cəlb edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑