Dünya · Trend.az

8 ölkədən beynəlxalq axtarışda olan şəxslər Türkiyəyə gətirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
8 ölkədən beynəlxalq axtarışda olan şəxslər Türkiyəyə gətirilib xəbəri üçün şəkil

Bakı.Trend:

Türkiyənin Daxili İşlər Nazirliyi sentyabrın 23-dən oktyabrın 23-dək beynəlxalq səviyyədə qırmızı bülletenlə axtarılan 33, milli səviyyədə axtarılan 30 nəfər olmaqla, ümumilikdə 63 cinayətkarın 8 ölkədən Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.

"Haber7" məlumatına görə, cinayətkarlar Gürcüstan, Almaniya, Yunanıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Şimali Kipr Türk Respublikası və Monteneqrodan Türkiyəyə gətirilib.

Saxlanılan şəxslərin 49-u Gürcüstanda, 5-i Almaniyada, 3-ü Yunanıstanda, 2-si isə Qırğızıstanda tutulub.

Əməliyyatlar Türkiyənin hüquq-mühafizə orqanlarının və Ədliyyə Nazirliyinin müvafiq qurumlarının, eləcə də adıçəkilən ölkələrin hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilib.

Nazirlik mütəşəkkil cinayətkar dəstə üzvlərinin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq Türkiyəyə gətirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑