Dünya · Təzadlar

Vaşinqtondan İranla bağlı sərt bəyanat - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vaşinqtondan İranla bağlı sərt bəyanat - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

ABŞ İranın nüvə proqramı ilə bağlı əhəmiyyətli razılaşma əldə olunana qədər müharibəni davam etdirmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton İran limanlarına tətbiq olunan blokadanı və iqtisadi təzyiqləri davam etdirə, həmçinin ölkənin yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının tamamilə ləğvinə çalışa bilər.

Uolts münaqişənin bir ildən sonra da davam edə biləcəyini istisna etməyib. Bununla belə, o, İranın daha tez ciddi danışıqlara başlayacağına ümid etdiyini bildirib.

“Financial Times”ın məlumatına görə, Donald Tramp və Benyamin Netanyahu arasında noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hücumların bərpası məsələsi də müzakirə olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑