İqtisadiyyat · Təzadlar

Tramp: İran məsələsi həll olunarsa, neft qiymətləri düşəcək - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 2 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: İran məsələsi həll olunarsa, neft qiymətləri düşəcək - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Tramp bildirib ki, İran məsələsi həll edildikdən sonra neft qiymətləri “əvvəlki səviyyələrinə qayıdacaq”

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla bağlı problem həll edildikdən sonra neftin qiyməti əvvəlki səviyyələrinə, hətta “daha aşağı” düşə bilər.

Tezadlar.az xəbər verir ki, Tramp seçki kampaniyası üçün Alabama ştatına getməzdən əvvəl Ağ Evin bağçasında jurnalistlərin suallarını cavablandırıb.

Yüksək neft qiymətləri ilə bağlı sualları cavablandıran Tramp deyib: “İran məsələsi həll olunan kimi, bu, çox çəkməyəcək, heç də çox çəkməyəcək, neftin qiyməti əvvəlki səviyyələrinə, hətta daha da aşağı düşəcək”.

Tramp bildirib ki, Avropa ölkələri dizel yanacağı tədarükünə töhfə verəcək və bu çatışmazlıq aradan qaldırılacaq.

ABŞ prezidenti deyib: “Avropada kifayət qədər dizel var, onlar dünyaya böyük töhfə verəcəklər, biz də. Biz ixrac qadağası qoymayacağıq”.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma2

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑