Dünya · Təzadlar

Tramp inanır ki, Venesuela bir gün "ABŞ-ın 51-ci ştatı" ola bilər - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp inanır ki, Venesuela bir gün "ABŞ-ın 51-ci ştatı" ola bilər - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

ABŞ prezidenti Donald Tramp Venesuela ilə “əla” münasibətlərə sahib olduqlarını və ölkədən xeyli miqdarda neft aldıqlarını bildirib və Venesuelanın bir gün “ABŞ-ın 51-ci ştatı” ola biləcəyini iddia edib.

Tezadlar.az xəbər verir ki, Prezident Tramp 3 noyabr ara seçkiləri yaxınlaşarkən Texasda keçirilən seçki mitinqində xarici siyasət gündəminə toxunub.

Tramp Venesuela ilə “əla” münasibətlərə sahib olduqlarını və ölkədən çoxlu miqdarda neft aldıqlarını söyləyib və əlavə edib ki, bəzi Amerika neft şirkətlərinin də oraya əhəmiyyətli investisiyalar qoyublar.

Venesuelanın tezliklə çiçəklənən bir ölkəyə çevriləcəyinə inandığına işarə edən Tramp deyib: “Bəlkə də yaxın gələcəkdə o, bizim 51-ci ştatımız olacaq. Bu mümkündür, gəlin bunu reallaşdıraq, gəlin onu bizim 51-ci ştatımız edək. Gəlin prezident əvəzinə qubernator seçək”.

İranla müharibə tezliklə bitəcək

Tramp İranla müharibənin 1978-ci ildə İran tərəfindən başladığını, onlar tərəfindən deyil, İran rejimlərinin bir çox Amerika əsgərinin ölümünə görə məsuliyyət daşıdığını iddia etdi.

ABŞ prezidenti İranın nüvə silahına sahib olmaması müqabilində yüksək neft və yanacaq qiymətlərinin “ödəniləcək çox kiçik bir qiymət” olduğunu iddia edərək, “Bu müharibə tezliklə bitəcək, onların nə ordusu, nə donanması, nə də başqa bir şeyi qalmayıb” deyib.

Ölkədə yanacaq qiymətlərinin tezliklə sürətlə düşəcəyinə söz verən Tramp İran siyasətinin Konqres seçkilərinə mənfi təsir göstərəcəyini gözləmədiyini söyləyib.

Tramp deyib: “Dünən kimsə məndən soruşdu: “Əgər bunu yenidən etməli olsaydın, yenə də İrana hücum edərdinmi?” Mən də dedim: “Əlbəttə ki, bu, etdiyim ən yaxşı şeylərdən biri idi.””

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑