Dünya · Təzadlar

Türk ölkəsində yeni əlifba təsdiqləndi - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türk ölkəsində yeni əlifba təsdiqləndi - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin latın qrafikalı əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Pressa.uz” məlumat yayıb.

Yeni əlifbanın 28 hərf və bir apostrofdan ibarət olacağı bildirilir. Dörd hərf birləşməsi yeni hərflərlə əvəzlənəcək: “G'” – “Ğ”, “O'” – “Ö”, “Sh” – “Ş”, “Ch” – “Ç”. Həmçinin “Ng” birləşməsi əlifbadan çıxarılacaq.

Məlumata görə, vətəndaşların adlarını pasportlarda, sürücülük vəsiqələrində və digər sənədlərdə dərhal dəyişməsinə ehtiyac yoxdur.

Xatırtladaq ki, uzun illər boyu ölkədə həm kirill, həm də latın əlifbaları yanaşı istifadə olunsa da, 2023-cü il yanvarın 1-dən bütün dövlət qurumlarında rəsmi sənədləşmənin tam olaraq latın qrafikasına keçirilməsi prosesi sürətlənib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑