Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya İdarəsi (GACA) Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına edilən hücumda bir nəfərin öldüyünü, səkkiz nəfərin isə yaralandığını bildirib.
Tezadlar.az xəbər verir ki, GACA-nın açıqlamasında hava limanına 21 oktyabr çərşənbə axşamı hücum edildiyi və ölkədə yaşayan bir xarici vətəndaşın hücumda həyatını itirdiyi bildirilib.
Yaralanan səkkiz nəfər lazımi tibbi yardım üçün dərhal xəstəxanalara aparılıb.
Məlumatda həmçinin hücumun ziyan vurduğu, zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi və əlavə məlumatların daha sonra veriləcəyi qeyd edilib.
Hücumun necə həyata keçirildiyi və ya kimin həyata keçirdiyi barədə heç bir məlumat verilməyib.
Ərəb Koalisiyası: Şərqi Səudiyyə Ərəbistanında 4 dron məhv edilib
Yəməndəki qanuni hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası, Səudiyyə Ərəbistanının şərq bölgəsində 4 dronun tutulduğunu və məhv edildiyini açıqlayıb.
Ərəb Koalisiyasının sözçüsü sözügedən dronların Səudiyyə Ərəbistanının şərqində tutulduğunu bildirib.
Yəmən İranın dəstəklədiyi Husi üsyançıları 2014-cü ilin sentyabr ayında paytaxt Sənanı və bir neçə əyaləti ələ keçirdikdən sonra vətəndaş müharibəsinə qərq olub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin mart ayından bəri beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləyir.
ELBAR






